Ermənistanın maliyyə naziri İrandadır
https://azeri.sahartv.ir/news/İran-i394867-ermənistanın_maliyyə_naziri_İrandadır
İranın iqtisadiyyat naziri Ehsan Xanduzi işgüzar səfəri çərçivəsində Tehrana gələn Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2022 18:10 Asia/Baku
  • Ermənistanın maliyyə naziri İrandadır

İranın iqtisadiyyat naziri Ehsan Xanduzi işgüzar səfəri çərçivəsində Tehrana gələn Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən,  İclasda İranın Ticarət-Sənaye Bölgələri Ali Şurasının baş katibi Höccətullah Əbdül Məliki də iştirak edib.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 1-də rəsmi səfərlə İranda olub. Paşinyan Tehrana səfəri çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Görüşdən sonra İran və Ermənistan iki ölkə arasında enerji sahəsində əməkdaşlığı gücləndirəcək anlaşma memorandumu imzalayıblar.

Prezident İbrahim Rəisi Paşinyanla birgə mətbuat konfransı keçirərək, iki ölkə arasında ticarət həcminin son aylarda 43 faiz artdığını qeyd edərək, 3 milyard dolları hədəflədiklərini bildirib.

Rəsmi məlumatlara görə, bu ilin ilk 8 ayında Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşı olan İranla ticarət həcmi 427,4 milyon dollara çatıb.