Müstəqil ölkələrin həmkarlığına təkid
Noy 09, 2022 18:18 Asia/Baku
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, müstəqil ölkələrin həmkarlığı, amerikalıların səbatsızlaşdırma strategiyasına ən qətiyyətli cavabdır.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patrüşevlə görüşdə deyib ki, İran və Rusiyanın iradəsi, müxtəlif sahələrdə strateji əlaqələr səviyyəsinin yüksəldilməsinə köklənib. Bu əlaqələrin güclənməkdə olduğunu bildirən Rəisi onun perspektivini aydın adlandırıb. Vurğulayıb ki, müstəqil ölkələrin həmkarlığı, Amerika və müttəfiqlərinin səbatsızlaşdırma və sanksiya siyasətinə ən qətiyyətli cavabdır.