İraq Kürdüstanındakı terrorçu partiyaların mövqelərinə raket hücumları +VİDEO
Noy 21, 2022 06:31 Asia/Baku
İraqlı mənbələr Kürdüstan iqlimindəki mövqelərə qarşı raket hücumları barədəki məlumatların ardınca Amerikanın Ərbildəki konsulxanasında həyəcan siqnalının səsləndirilməsindən xəbər veriblər.
Yayılan məlumatlara görə, sözügedən raket hücumları bu gün səhər saatlarında həyata keçirilib. İraqın Süleymaniyyə şəhərinin yaxınlığında yerləşən Zərqoviz və Panakurə bölgələrində Komele partiyasının qərargahlarına hücumlar edilib.
“Sabirin Nyus” informasiya portalı da xəbər veribdir ki, işğalçı Amerika qüvvələrinin Ərbil vilayətindəki bazaları bu hücumlar nəticəsində son dərəcə hazır vəziyyətə gətiriliblər.