Sepah-ın “Həmzeyi-Seyyidüşşühəda” qərargahı qüvvələri gücləndirilib
https://azeri.sahartv.ir/news/İran-i395211-sepah_ın_həmzeyi_seyyidüşşühəda_qərargahı_qüvvələri_gücləndirilib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının “Həmzeyi-Seyyidüşşühəda” qərargahının ictimai əlaqələr şöbəsi, qərargahın ölkənin şimal-qərbində yerləşən tapşırıq bölgəsində əhalinin təhlükəsizliyini qorumaq, həmçinin terrorçu qaragüruhlar və quldurların hərəkətlərilə mübarizə məqsədilə qərargah qüvvələrinin gücləndirilməsindən xəbər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 21, 2022 10:45 Asia/Baku
  • Sepah-ın “Həmzeyi-Seyyidüşşühəda” qərargahı qüvvələri gücləndirilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının “Həmzeyi-Seyyidüşşühəda” qərargahının ictimai əlaqələr şöbəsi, qərargahın ölkənin şimal-qərbində yerləşən tapşırıq bölgəsində əhalinin təhlükəsizliyini qorumaq, həmçinin terrorçu qaragüruhlar və quldurların hərəkətlərilə mübarizə məqsədilə qərargah qüvvələrinin gücləndirilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ölkənin şimal-qərb bölgəsində separatçı-terrorçu qaragüruhların hərəkətlərinin ardınca, Sepah-ın quru qoşunlarının “Həmzeyi-Seyyidüşşühəda” qərargahının ictimai əlaqələr şöbəsi bir məlumat yayıb.

Məlumatın mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Ölkənin şimal-qərbindəki anti-İran separatçı-terrorçu qaragüruhların və quldurların hərəkətləri və bəzi bölgələrdə əmin-amansızlıq və fitnəkarlıq yaratmalarının ardınca Sepah-ın quru qoşunlarının “Həmzeyi-Seyyidüşşühəda əleyhissəlam” qərargahı coğrafi tapşırıq hüdudlarındakı qüvvələrini gücləndirmək və yerli qeyrətli əhalinin həmkarlığından bəhrələnməklə, bölgədə əmin-amansızlıq yaradan amillərlə qətiyyətlə mübarizə aparacaq.

Onu da vurğulayaq ki, şimal-qərb sərhəd vilayətlərinin qeyrətli və şərəfli əhalisinin və bölgənin təhlükəsizliyini öz qırmızı xəttimiz hesab edirik.

Dünya imperializminin muzdlu terrorçularına və silahlı quldurlara qətiyyətlə xəbərdarlıq edirik ki, xalq üçün əngəlin törədilməsi və əmin-amansızlığın yaradılmasının, həmçinin fitnəkarlıqların davam edəcəyi təqdirdə, “Həmzeyi-Seyyidüşşühəda” qərargahının döyüşçüləri və təhlükəsizlik və nizam-intizamı qoruyan digər qüvvələr, onlarla qətiyyətli rəftarı gündəmə gətirəcəklər.

İran xalqının düşmənləri dəfələrlə təcrübə ediblər ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın şücaətli döyüşçüləri daima vahid, müttəfiq, müstəqil, qüdrətli, güclü və əmin-aman İranın himayədarı olmuş bu bölgəninin qeyrətli əhalisi ilə çiyin-çiyinə, dünya imperializminin muzdlu qaragüruhlarının fitnələrini zərərsizləşdirib, stabil təhlükəsizlik və asayişi qoruyublar.