Əmir-Abdullahiyan Belarus xarici işlər nazirinin vəfatı münasibətilə başsağlığı verib
İran İslam Respublikasının xarici işlər naziri Belarus xarici işlər nazirinin vəfatı münasibətilə verdiyi mesajda onun öz məsuliyyəti dövründə iki ölkə münasibətlərinin genişləndirilməsi sahəsindəki sədaqətli səylərini dəyərli adlandırıb.
2012-ci ildən Belarusun xarici işlər naziri olmuş Vladimir Vladimiroviç Makey dünən altmış dörd yaşında qəflətən vəfat edib.
Hüseyn Əmir-Abdullahiyan Belarus xarici işlər nazirinin vəfatı münasibətilə verdiyi başsağlığı mesajında yazıb: O mərhumun öz məsuliyyəti dövründəki sədaqətli səyləri, İran-Belarus münasibətlərinin genişlənməsində dəyərli rola malik və onun son vaxtlar Tehrana olan səmərəli səfəri də elə bu istiqamətdə olubdur.
Əmir-Abdullahiyan əlavə edib: Mən o mərhumun ailəsinə başsağlığı verməklə, Belarus hökuməti və xalqının kədərilə bölüşür və onun ruhu üçün əbədi asayiş diləyirəm.