"Çillə gecəsi" İran və Əfqanıstanın adına qeydiyyatdan keçib
https://azeri.sahartv.ir/news/İran-i395510-Çillə_gecəsi_İran_və_Əfqanıstanın_adına_qeydiyyatdan_keçib
İran və Əfqanıstan arasında birgə paylaşılan "Yəlda və ya Çillə Gecəsi" UNESCO-da 19-cu qeyri-maddi mədəni irs elementi kimi qeydə alınıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 03, 2022 16:30 Asia/Baku

İran və Əfqanıstan arasında birgə paylaşılan "Yəlda və ya Çillə Gecəsi" UNESCO-da 19-cu qeyri-maddi mədəni irs elementi kimi qeydə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran çoxmillətli qeyri-maddi irs kimi qeydə alınması üçün 2014-cü ildən Yəlda işini YUNESKO-ya təqdim edib, lakin ondan  təxminən altı il sonraya qədər heç bir ölkə bu işdə iştirak etməyi qəbul etməyib. İran nəhayət bu işi Əfqanıstanla birgə YUNESKO-ya təqdim edib.

Yəlda gecəsi ritualı 2008-ci il dekabrın 19-da İranın milli əsərləri siyahısında qeydə alınıb.

Yəlda işində bu element belə təqdim edilib: "Qədim bayram günəşin və həyatın hərarətinin ənənəvi bayramına aiddir. İran və Əfqanıstanda tətbiq olunan bu hadisə payızın son gecəsində ailələrin ağsaqqallar evinə toplaşaraq, bir sıra simvolik əşyalar və yeməklərlə bəzədilmiş süfrəyə oturduğu zaman baş verir".