Baqiri: Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır
https://azeri.sahartv.ir/news/İran-i395578-baqiri_azərbaycan_respublikası_İranın_ayrı_düşmüş_övladıdır
Astara şəhərinin imam cüməsi höccətül-islam Məhəmmədcavad Baqiri bu şəhərdə keçirilən cümə namazı mərasimində bəyan edib ki, Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır və bu ölkənin prezidenti İrana dostluq əlini uzatmalıdır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 05, 2022 11:08 Asia/Baku
  •  Baqiri: Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır

Astara şəhərinin imam cüməsi höccətül-islam Məhəmmədcavad Baqiri bu şəhərdə keçirilən cümə namazı mərasimində bəyan edib ki, Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır və bu ölkənin prezidenti İrana dostluq əlini uzatmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Baqiri Azərbaycan prezidentinin son günlər İran İslam Respublikasına qarşı qeyri-adi davranışlarına və qəribə bəyanatlarına toxunaraq deyib: “Azərbaycan Respublikası bizim mədəniyyətimizin və kimliyimizin bir parçasıdır və heç kim bu ölkəyə İran İslam Respublikası kimi mehriban və xeyirxah ola bilməz”.

İmam cümə Azərbaycan Respublikası prezidentini ABŞ və avropalıların əhdə vəfalı olmadıqlarından ibrət götürməyə çağırıb və bildirib ki, iki qədim qonşu bölgənin vəziyyətini daha yaxşı idarə edə, və əcnəbilərin artıqtamahlığının qarşısını ala bilər.

Məhəmmədcavad Baqiri vurğulayıb: “Azərbaycan Respublikası prezidenti Türkiyənin yeni-osmanlı xam xəyalının aktyoruna çevrilib. Halbuki, onun yalnız bir yolu var: İran İslam Respublikasına dostluq əlini uzatmalıdır.”