Tələbə günü düşmənlə mübarizə günüdür
https://azeri.sahartv.ir/news/İran-i395633-tələbə_günü_düşmənlə_mübarizə_günüdür
İran İslam Respublikasının prezidenti tələbə gününü tələbələr tərəfindən məsuliyyətin qəbul olunması, düşməntanıma, düşmənlə mübarizə və dünyagörüşü günü adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2022 14:35 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti tələbə gününü tələbələr tərəfindən məsuliyyətin qəbul olunması, düşməntanıma, düşmənlə mübarizə və dünyagörüşü günü adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Tehran Universitetində keçirilən on altı azər mərasimində bu günü, ölkə üçün bir ümid günü adlandırıb. Vurğulayıb ki, bu gün, universitetlər üçün vəziyyət və şəraitin tanınması, ruh yüksəkliyi və təfəkkür üzrə bir simvol günüdür.

Universitetin müşavirə mərkəzi və təfəkkür otağı olduğunu bəyan edən ölkə prezidenti qeyd edib ki, tələbələr problemlərin həllində dövlətə köməklik göstərməlidirlər.

Rəisi vurğulayıb: Tələbələr cəmiyyətin problemlərini daha çox və daha yaxşı görürlər və tələbələrlə əlaqəni özümüz üçün fəxr və elitanın nəzərlərindən bəhrələnmək üçün böyük bir fürsət hesab edirik.

İran İslam Respublikasının prezidenti sonra belə qeyd edib: Bu gün universitet düşmənə zərbə vurub. Düşmən universiteti təhsildən, elm öyrənməkdən və elmi inkişafdan çəkindirmək istəyir, amma tələbə və müəllimlər düşməni nakam qoydular.

Etirazları dinləmək gərəklidir və biz daim tələbələrin sözlərini dinləmək üçün qərarlıyıq- deyən Rəisi, əlavə edib: Etiraz iğtişaşdan fərqlənir: Etiraz işlərin islahına və kamala səbəb olur, iğtişaş isə təxribat və məyusluq gətirir.

Bu gün, on altı azər, İran İslam Respublikası təqvimində tələbə günüdür.