Səhər kanalı pantürkizmin irqçi təbliğatına necə cavab verir?
Mütənasib və məntiqli reaksiyalar Bakı mediasına təsir edib
Səhər Kanalının Bakı mediasındakı ifrat türkçü təbliğatına mütənasib və məntiqli cavabları pantürkist medianın irqçi mahiyyətini ifşa etməklı yanaşı Azərbaycan Respublikası daxilində İctimai Televiziyaya qarşı etirazların artmasına səbəb olub.
“Toplum TV” YouTube kanalı bu barədə bildirir: “Bəzən proqramlarda irqçi düşüncələrin ifadə edilməsi sosial şəbəkələrdə narahatlıq doğurur. Yekun Xəbər proqramının aparıcısının canlı yayımda səsləndirdiyi fikirlər bu qəbildndir”.
Nümunə olaraq Toplum TV İctimai Televiziyanın aparıcısının sözlərini yayımlayıb: “İranın simasını və daxili mahiyyətini aşkara çıxarmaq bu gün Azərbaycan Respublikasında damarlarında türk qanı axan bütün insanların sözüdür”.
Qeyd edək ki, azərbaycanlıların yalnız “damarlarında əsl türk qanı axan”lardan ibarət olduğunu söyləməklə İTV qeyri-türk etnik qrupların nümayəndələrinin narahatlığına səbəb olur. , o cümlədən talışlar, tatlar, ləzgilər və Azərbaycan Respublikası cəmiyyətinin digər təbəqələri İctimai Televiziyanın türk irqçiliyini özlərinə qarşı təhqir hesab edirlər.
Jurnalist və yazıçı Rövşən Hacıbəyli də Toplum TV ilə müsahibədə deyib: “Bu gün sinoptiklər hava xəbərində Təbriz və Ərdəbilin havasından da xəbər verirlər. Halbuki dünənə qədər onlar Vaşinqton və Parisdəki hava şəraiti barədə məlumat verirdilər. Bu tip sifarişli yayım eybəcər çıxır. Məncə, bu siyasi oyunlara jurnalistika girməməlidir”.