İran Cənubi Parsda qaz hasilatını artırır
https://azeri.sahartv.ir/news/İran-i395981-İran_cənubi_parsda_qaz_hasilatını_artırır
Pars Neft və Qaz Şirkətinin baş direktoru Məhəmməd-Hüseyn Mütəcəlli bildirib ki, İranın Cənubi Pars təbii qaz yatağında gündəlik orta təbii qaz hasilatı 700 milyon kubmetrə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2022 10:23 Asia/Baku
  • İran Cənubi Parsda qaz hasilatını artırır

Pars Neft və Qaz Şirkətinin baş direktoru Məhəmməd-Hüseyn Mütəcəlli bildirib ki, İranın Cənubi Pars təbii qaz yatağında gündəlik orta təbii qaz hasilatı 700 milyon kubmetrə çatıb.

Şirkətin iki sektorda, yəni inkişaf və istismarda prioritetlərini sadalayan drektor, ilin soyuq aylarında ölkənin qaz hasilatı və istehlak balansının idarə edilməsində bu şirkətin mühüm rolunu qeyd edərək  deyib ki, Cənubi Pars qaz yatağı bu şirkətin ən mühüm prioritetlərindən biridir.

Neft Nazirliyinin Planlaşdırma Müdirliyinin bu ilin əvvəlində açıqladığı hesabatda İranın gündəlik təbii qaz hasilatının gücü 1000 milyon kubmetri keçdiyini göstərir. Məlumata görə, Cənubi Pars qaz yatağından qaz hasilatı əvvəlki illə müqayisədə 4 faizdən çox artıbdır ki, bu da ölkənin təbii qaz hasilatında rekord hədd hesab olunur.