Kənani: İran Ukrayna müharibəsinin bir hissəsi deyil
https://azeri.sahartv.ir/news/İran-i396122-kənani_İran_ukrayna_müharibəsinin_bir_hissəsi_deyil
İran XİN sözçüsü bu gün keçirilən mətbuat konfransında Ukrayna rəsmilərinin İranla bağlı son açıqlamalarına münasibət bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 26, 2022 17:20 Asia/Baku
  • Kənani: İran Ukrayna müharibəsinin bir hissəsi deyil

İran XİN sözçüsü bu gün keçirilən mətbuat konfransında Ukrayna rəsmilərinin İranla bağlı son açıqlamalarına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynada gedən müharibənin İrana aidiyyəti olmadığını vutğulayan Nasir Kənani deyib: “Ukrayna rəsmislərinin təhdid xarakterli ritorikasını məsuliyyətsiz addım hesab edirik. Bu kimi bəyanatların mənfi siyasi və hüquqi nəticələrinin Ukraynanın əleyhinə olacağını düşünürük. Yenidən təkrar edirik, İran Ukraynadakı müharibənin bir hissəsi deyil.”

O, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyakın son açıqlamalarını məsuliyyətsiz addım adlandırıb.

Qeyd edək ki, Mixaylo Podolyak iki gün öncə tvitter səhifəsində İrandan Rusiyaya PUA-ların satıldığını və buna görə İranın zavodlarının hədəfə alınmasını istəyib.