Dek 28, 2022 14:03 Asia/Baku
  • Əmir Abdullahian Oman kralı ilə görüşüb

İranın xarici işlər naziri bu gün Oman kralı ilə görüşüb, fikir mübadiləsi aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Omanın paytaxtı Məsqətdə Oman kralı Heysəm bin Tariq Ali Səid ilə görüşüb.

Görüş zamanı Əmir Abdullahian krala İran prezidenti Seyid İbrahim Rəisinin məktubunu təqdim edib.

çərşənbə axşamı gecə Omana səfər edən Əmir Abdullahian Məsqətə daxil olduqdan sonra jurnalistlərə verdiyi açıqlamada İran prezidenti Seyid İbrahim Rəisinin mesajını Oman kralına çardıracağını bildirib.

O, deyib ki, İran və Oman həmişə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparıb.

"Oman həmçinin İranla bağlı regional dialoqun mərkəzi olub və Omanın yüksək rəsmiləri istər İran İslam Respublikası, istərsə də regional böhranlarla bağlı müxtəlif məsələlərdə həmişə xeyirxah rol oynayıblar", - deyə o əlavə edib.

Yəmən böhranı, Əfqanıstan, və Ukrayna səfər zamanı müzakirə olunacaq mövzular sırasındadır.

Baş iranlı diplomatın çərşənbə günü Omanın digər yüksək vəzifəli rəsmiləri ilə də görüşləri planlaşdırılır.

Son onilliklərdə İran və Oman arasında münasibətlər, Fars körfəzindəki gərginliyə və Amerikanın iranfobiyanı gücləndirmək cəhdlərinə baxmayaraq, həmişə hörmət və qarşılıqlı fayda üzərində qurulub.

Teqlər