Yenə SəhərTv-yə qarşı insafsızlıq
Azərbaycan Respublikası mediaları yenə də SəhərTv-yə qarşı qaralamaya əl atıblar.
Bu qaralama kampaniyası SəhərTv-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxdığını iddia edir.
Yenə Azərbaycan Respublikasında bəzi medialar SəhərTv-yə qarşı qaralama kampaniyasına əl atıblar. Bəhanə isə SəhərTv-nin Kompas verilişinin qonağının Laçını Ermənistan adlandırmasıdır. Verilişin bu hissəsi Bakı mediası tərəfindən tirajlanaraq, tamaşaçıya inandırılmaq istənilib ki, guya SəhərTv-də Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı fitnəkar hərəkətə yol verilib.
SəhərTv-nin rəsmi internet saytında yer alan həmin verilişin tam videosunu izləmək hər bir tamaşaçı üçün mümkündür. Həmin verilişdə studianın qonağı Laçın dəhlizinin Ermənistana aid olduğunu iddia edir. Ancaq verilişin aparıcısı dərhal ona müdaxilə edərək Laçının və Laçın dəhlizinin Azərbaycan Respublikasının tam münaqişəsiz ərazisi olduğunu vurğulayır və qonağın səhvə yol verdiyini bildirərək bu səhvi düzəldir. Maraqlıdır ki, elə Bakı mediası tərəfindən yayılan verilişin seçilmiş hissəsində də aparıcının düzəlişi öz əksini tapmışdır.
Nəzərə alsaq ki, hərhansı bir telekanalın qonağı deyil, aparıcısı həmən telekanalın möqeyini əks etdirir, və sözü gedən verilişlə bağlı qonağın səhvinə dərhal və tam təkidlə düzəliş edilmişdir, tam aydın olur ki, bu barədə SəhərTv-də Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı heç bir hərəkətə yol verilməmişdir əksinə, SəhərTv-nin bu sahədə son dərəcədə həssalığı bir daha öz sübutunu tapmışdır.
SəhərTv-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünə göstərdiyi həssaslıq görəsən bu Respublika mediasında İrana qarşı özünü göstərirmi?
Təəssüflər olsun ki, Azərbaycan Respublikasının rəsmi dövlət televiziyasından tutmuş bu ölkənin özəl adı altında fəaliyyət göstərən digər dövlət telekanalları və mediaları hər gün, hər saat İranın suverinliyi və ərazi bütövlüyünə qaşı əsassız iddialar irəli surur, saxta xəritələr yayımlayır, İrana qarşı separatçı fəaliyyətləri ilə tanınan simaları dəvət edir, sadəcə qonaqlar deyil, aparıcılar və hətta telekanalların rəhbərlərinin dilindən İran İslam Respublikasının hakimiyyəti və xalqı təhqir olunur, ərazi bütövlüyünə qarşı təhdidlər səsləndirilir və hətta etik qaydalara belə əməl olunmadan İrana qarşı soyuşlər verilir.
Çox təəssüf ki, öz ğözündə tiri görməyən Bakı mediaları,özgə gözündə tük axtarırlar.