Kənani: İnsan haqları iddiaçılarının danışıqlarında irqçi düşüncə üstünlük təşkil edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü özünü insan haqları iddiaçılarının danışıqlarında irqçi düşüncənin üstünlük təşkil etdiyini vurğulayaraq, deyib: "Onların başqa ölkələr və dünya xalqları ilə münasibətdə təkəbbürlü davranışları eyni düşüncə və sözlərin əməli tərcüməsidir".
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani özünün Tvitter səhifəsində yazıb: "Məsələn, Co Bayden bütün ölkələri "ABŞ-ın Jean şalvarı yamaqları!" adlandırır, Cozep Borrell isə "Avropa bir bağ, dünyanın qalan hissəsi isə cəngəllikdir!" deyir. Özünü insan haqlarının bayraqdarı adlandıranların danışıqlarında irqçi zehniyyət üstünlük təşkil edir".
Nasirr Kənani tvitində əlavə edib: "Onların başqa ölkələr və dünya xalqları ilə münasibətdə təkəbbürlü davranışları eyni düşüncə və sözlərin əməli tərcüməsidir".
qeyd edək ki, Qafları ilə tanınan ABŞ prezidenti Co Bayden yanvarın 4-də Kentukki ştatında dinləyicilər qarşısında dünyanın müxtəlif millətlərindən olan insanlara qarşı təhqirlərlə dolu çıxış edib.