İran Kəşfiyyat Nazirliyi Mossad-ın 13 əməkdaşını saxlayıb
https://azeri.sahartv.ir/news/İran-i396492-İran_kəşfiyyat_nazirliyi_mossad_ın_13_əməkdaşını_saxlayıb
İranın Kəşfiyyat Nazirliyi Mossad-ın 6 əməliyyat qrupunu müəyyən edib və bu casusluq-terror təşkilatının 13 üzvünü həbs edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 10, 2023 15:44 Asia/Baku
  • İran Kəşfiyyat Nazirliyi Mossad-ın 13 əməkdaşını saxlayıb

İranın Kəşfiyyat Nazirliyi Mossad-ın 6 əməliyyat qrupunu müəyyən edib və bu casusluq-terror təşkilatının 13 üzvünü həbs edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Kəşfiyyat Nazirliyi çərşənbə axşamı bildirib ki, təxminən üç həftə əvvəl dörd Mossad terrorçu və casus qrupunun məhv edilməsi barədə yayılan bəyanatdan sonra İran təhlükəsizlik qüvvələri daha iki komanda müəyyən edərək, onları məhv edib.

Nazirliyin açıqlamasında bildirilir ki, Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstanda 23 əməliyyat və dəstək elementi müəyyən edilib, ölkə daxilində olan 13 nəfər həbs edilib. Onlardan müxtəlif növ əməliyyat avadanlıqları da götürülüb.

Məlumatda əlavə edilib: "Avropa ölkələrindən birində məskunlaşan Sirus təxəllüslü şəbəkə rəhbəri sosial media platformaları vasitəsilə ölkə daxilindəki əməliyyat elementlərini müəyyənləşdirib və ilkin əlaqə yaratmağa nail olub.

Son tapıntılara görə, Mossad casusluq-terror təşkilatı İranda baş verən son iğtişaşlardan faydalanaraq, bir hərbi məmuru qətlə yetirmək və ölkənin iri şəhərlərində bir neçə təxribat əməliyyatı həyata keçirmək niyyətində olub. İsrail rejiminin casusluq təşkilatı Həmçinin İranın cənub dəniz sərhədlərindən ölkəyə böyük miqyasda partlayıcı keçirməyi planlaşdırırdı. lakin bütün terrorçular hər hansı bir hərəkətdən əvvəl həbs edilib.

Bu, sionist rejimin 6 aydan az müddətdə ikinci böyük kəşfiyyat və əməliyyat uğursuzluğudur.

İranın Kəşfiyyat Nazirliyi dekabrın 22-də yaydığı bəyanatda kəşfiyyat qüvvələrinin gecə-gündüz və ciddi səyləri nəticəsində Mossad casus agentliyinə bağlı dörd əməliyyat qrupunun müəyyən edildiyini və bütün üzvlərin həbs edildiyini açıqlayıb.