İran XİN başçısı: Türkiyə səfərində Qərbi Asiyadakı inkişaflar müzakirə ediləcək
https://azeri.sahartv.ir/news/İran-i396640-İran_xİn_başçısı_türkiyə_səfərində_qərbi_asiyadakı_inkişaflar_müzakirə_ediləcək
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı Suriyada və Qərbi Asiyada baş verənlərin müzakirə olunacağını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 17, 2023 10:45 Asia/Baku
  • İran XİN başçısı: Türkiyə səfərində Qərbi Asiyadakı inkişaflar müzakirə ediləcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı Suriyada və Qərbi Asiyada baş verənlərin müzakirə olunacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri siyasi heyətin sədrliyi ilə Türkiyə rəsmiləri ilə görüş və söhbət etmək üçün çərşənbə axşamı səhər bu ölkənin paytaxtı Ankaraya yola düşüb.

İranın baş diplomatı Tehrandan Türkiyənin paytaxtına getməzdən əvvəl jurnalistlərə bildirib ki, bu gün həm Moskvaya, həm də Ankaraya səfər etməli idi, lakin bəzi regional hadisələrə görə Moskvaya səfər təxirə salınıb.

Əmir-Abdullahian deyib ki, Moskvaya səfər bir qədər gecikmə ilə baş tutacaq.

Türkiyəyə səfəri zamanı ikitərəfli münasibətlərin müzakirə ediləcəyini bildirən Əmir Abdullahiyan deyib: "Türkiyə prezidenti Cənab Ərdoğan İran İslam Respublikası prezidenti Rəisiyə Türkiyəyə səfər etmək üçün rəsmi dəvət göndərib və bugünkü səfər zamanı prezidentin səfərinin ilk koordinasiyası ən yüksək səviyyədə həyata keçiriləcək".

Bundan əlavə, həm Dəməşqdə, həm də Qərbi Asiyada baş verən proseslərə görə neçə gün əvvəl Suriyada cənab Bəşşar Əsəd və Livanda bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşdük. Bu səfərin gündəmində bu məsələlər də olacaq", - deyə o bildirib.

Əmir Abdullahiyan qeyd edib ki, Cənubi Qafqazda baş verən hadisələrin və son nəticədə regionun təhlükəsizliyi ilə bağlı müxtəlif regional məsələlərin müzakirəsi böyük əhəmiyyət kəsb edir.

O, İranın hazırkı prezidentinin vurğuladığı qonşuluq siyasətinin əhəmiyyətini də qeyd edib.

Xarici işlər naziri Əmir Abdullahiyan Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüş zamanı tərəflərin regional və qlobal məsələlər, xüsusilə də ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.