İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə axşamı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian və Çavuşoğlu qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıblar.
İranın baş diplomatı Türkiyənin paytaxtına gəldikdən sonra jurnalistlərə deyib ki, iki qonşu ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə alaraq, əlaqələrə dair məsələlərin, eləcə də müxtəlif mövzuların təqib edilməsi onun Türkiyə səfərində müzakirə ediləcək mövzular sırasındadır.
Xoşbəxtlikdən iki ölkə arasında münasibətlərin düzgün yolda olduğunu deyən Əmir Abdullahian əlavə edib: "İran bu gün Türkiyəni İran İslam Respublikası ilə ən yaxşı qarşılıqlı əlaqələrə malik qonşu dövlətlərdən biri kimi təqdim edə bilər".
"Bu gün mənim həmkarım, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla regional məsələləri, o cümlədən Qərbi Asiya, Cənubi Qafqaz və beynəlxalq hadisələri müzakirə etmək fürsətidir", - deyə Əmir Abdullahian qeyd edib.
O, Ankaraya yola düşməzdən əvvəl Tehranda jurnalistlərə açıqlamasında, Türkiyəyə səfəri zamanı Qərbi Asiya və Şam regionunda baş verənləri gündəmə gətirməyi planlaşdırdığını açıaqlamışdı.
O, prezident Rəisi administrasiyasının qonşuluq siyasətinə, eləcə də müasir dünyada böyük əhəmiyyət kəsb edən Şərqə Baxış strategiyasına önəm verdiyini söyləmişdi.