XİN sözçüsü: Qərbin İrana qarşı müharibəsi uğursuzluğa məhkumdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İrana qarşı hazırkı hibrid müharibənin keçmişdə olduğu kimi uğursuzluğa məhkum olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Kənani bazar günü öz Tvitter səhifəsində yazıb: "Parisdə, Londonda və Təl-Əvivdə nümayişlər, etirazlar, toqquşmalar və zorakılıqlar var! Lakin onların mediası İrandakı etirazlardan danışır, hansı ki, Qərbin onları alovlandırmaq və davam etdirmək üçün bütün cəhdlərinə baxmayaraq, bu etirazlar bir aydan çoxdur sönmüşdü".
"Qərbin İrana qarşı davam edən koqnitiv və hibrid müharibəsi onların hərbi, iqtisadi, siyasi və psixoloji kampaniyasının davamıdır və keçmişdə olduğu kimi uğursuzluğa məhkumdur", - deyə o, əlavə edib.
Yanvarın 19-da Avropa Parlamenti Avropa İttifaqını SEPAH-ı terror siyahısına salmağa və sanksiya siyahısını İran hərbi təşkilatı ilə əlaqəli bütün fondlara genişləndirməyə çağıran qətnamə qəbul edib.