Tehranın Cinayət Məhkəmsinin sədri ilkin istintaqın nəticələrindən danışıb
https://azeri.sahartv.ir/news/İran-i396859-tehranın_cinayət_məhkəmsinin_sədri_ilkin_istintaqın_nəticələrindən_danışıb
Tehranın cinayət məhkəməsinin sədri hakim Məhəmməd Şəhriyari bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücum barədə açıqlama verib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2023 13:44 Asia/Baku
  • Tehranın Cinayət Məhkəmsinin sədri ilkin istintaqın nəticələrindən danışıb
    Tehranın Cinayət Məhkəmsinin sədri ilkin istintaqın nəticələrindən danışıb

Tehranın cinayət məhkəməsinin sədri hakim Məhəmməd Şəhriyari bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücum barədə açıqlama verib

“ İlkin  təhqiqatlar göstərir ki, hücumçu şəxs şəxsi məqsədlərlə səfirliyə hücum edib.”

“İlkin istintaq zamanı müttəhim iddia edib ki, bu il fərvərdin ayında( 2022-ci il aprel) onun həyat yoldaşı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə müraciət edib və ondan sonra evə qayıtmayıb. Hücumçu şəxs Azərbaycan Respublikasına hücumda məqsədi barədə deyir ki, səfirliyə təkrar müraciətlər etsə də cavab ala bilməyib və onda belə təssəvür yaranıb ki, həyat yoldaşı Azərbaycan səfirliyindədir və onunla görüşmək istəmir. Müttəhim nəhayət öncədən hazırladığı bir ədəd klaşnikovla bu gün səhər Azərbaycan səfirliyinə hücum etmək qərarına gəldiyini bildirib.”

Hakim Şəhriyari deyib: “ Hücumçu şəxs ilkin istintaq zamanı Azərbaycan Respublikası səfirliyinə hücumda tamamiylə şəxsi məqsəd daşıdığını deyib.”