İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in hərəmində və şəhidlər gülüstanında olublar
https://azeri.sahartv.ir/news/İran-i396950-İnqilab_rəhbəri_İmam_xomeyni(r.ə)_in_hərəmində_və_şəhidlər_gülüstanında_olublar
İslam İnqilabının Böyük Rəhbəri,/ Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində olub, İran xalqının möhtərəm imamının xatirəsini yad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2023 15:01 Asia/Baku
  • İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in hərəmində və şəhidlər gülüstanında olublar

İslam İnqilabının Böyük Rəhbəri,/ Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində olub, İran xalqının möhtərəm imamının xatirəsini yad ediblər.

İlahi Fəcr ongünlüyü günləri və əzəmətli İslam İnqilabının qələbəsinin qırx dördüncü ildönümü günü ərəfəsində Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər saatlarında İran İslam Respublikası banisinin pak hərəminə gəliblər. O həzrət namaz qılıb, Quran oxumaqla İran xalqının möhtərəm imamının xatirəsini yad ediblər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin yüksək dərəcəli şəhidlər- Beheşti, Rəcayi və Bahünərin məzarları üstündə, eləcə də şəhidlər gülüstanında olub, Allah-Taalanın dərgahından onlar üçün yüksək dərəcələr diləyiblər.

Sabah, on iki bəhmən- fevralın biri, İran İslam İnqilabının mübarək Fəcr ongünlüyünün başlanğıc günüdür.