İİR Ordusunun yeraltı hava bazasının təqdimatı olub
https://azeri.sahartv.ir/news/İran-i397163-İİr_ordusunun_yeraltı_hava_bazasının_təqdimatı_olub
İran İslam Respublikası Ordusunun hava qüvvələri “Oqab-44” adlı ilk yeraltı aviabazasının təqdimatını edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 07, 2023 15:05 Asia/Baku
  • İİR Ordusunun yeraltı hava bazasının təqdimatı olub

İran İslam Respublikası Ordusunun hava qüvvələri “Oqab-44” adlı ilk yeraltı aviabazasının təqdimatını edib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Məhəmməd Baqiri və İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyid Əbdülkərim Musəvi “Oqab-44” taktiki hava bazasında olublar.

Bu iri yeraltı baza ordunun hava qoşunlarının müxtəlif tipli qırıcı-bombardmançı, eləcə də pilotsuz təyyarələrini qəbul etmək və əməliyyat mərhələsinə çıxarmaq qabiliyyətinə malikdir.

“Oqab-44” taktiki hava bazası yanacaq anbarları, hava limanı və naviqasiya avadanlıqları, təyyarənin saxlanılması və təmiri mərkəzləri, anqarlar, komandanlıq postu, alert və sair kimi məkanlara malikdir.