Uranın 84% -ə qədər zənginləşdirdiyinə dair iddialar yalandır
https://azeri.sahartv.ir/news/İran-i397553-uranın_84_ə_qədər_zənginləşdirdiyinə_dair_iddialar_yalandır
İran İslam Respublikası uranı 84 faiz saflıqda zənginləşdirməsi xəbərinin doğru olmadığını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2023 15:45 Asia/Baku
  • Uranın 84% -ə qədər zənginləşdirdiyinə dair iddialar yalandır

İran İslam Respublikası uranı 84 faiz saflıqda zənginləşdirməsi xəbərinin doğru olmadığını açıqlayıb.

İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi beynəlxalq mediada ölkəsinin 84 faiz saf uranı zənginləşdirməsi ilə bağlı iddialara cavab verib. Behruz Kəmalvəndi mövzu ilə bağlı açıqlamada rəqəmlərin təhrif olunduğunu deyib. “Zənginləşdirmə prosesində 60 faizdən çox uran hissəciklərinin  olması uranın 60 faizdən çox zənginləşdiyi anlamına gəlmir. İndiyə qədər biz uranı 60 faizdən çox zənginləşdirməmişik”.

Onun sözlərinə görə, uranın zənginləşdirməsi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) siyasi təzyiq alətinə çevrilib. Bu isə qurumun etibarına və nüfuzuna mənfi təsir göstərir.

Xatırladaq ki, Bloomberg, adı açıqlanmayan iki yüksək səviyyəli diplomata istinadən, İranın nüvə obyektlərini təftiş edən beynəlxalq müfəttişlərin keçən həftə obyektlərdə 84 faiz saf zənginləşdirilmiş uran aşkarladığını iddia edib.