İran təhlükəsizlik naziri təxribat dəstələrinin saxlanılmalarını şərh edib
https://azeri.sahartv.ir/news/İran-i397743-İran_təhlükəsizlik_naziri_təxribat_dəstələrinin_saxlanılmalarını_şərh_edib
İran təhlükəsizlik naziri son iğtişaşlarda İsfahan və Kərəcdə təxribat törətmiş dəstələrin müəyyən edildikləri və saxlanıldıqlarını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 26, 2023 16:10 Asia/Baku
  • İran təhlükəsizlik naziri təxribat dəstələrinin saxlanılmalarını şərh edib

İran təhlükəsizlik naziri son iğtişaşlarda İsfahan və Kərəcdə təxribat törətmiş dəstələrin müəyyən edildikləri və saxlanıldıqlarını bildirib.

Höccətülislam Seyid İsmayıl Xətib Xuzistan vilayətinin təminat şurasının yığıncağında deyib: Son küçə iğtişaşlarında düşmən quruluşu devirmək ardınca idi, amma İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərliyi, silahlı qüvvələrin müşayiəti, eləcə də xalqın gözüaçıqlılığı ilə, düşmənin planı uğursuz qaldı.

İranın təhlükəsizlik naziri əlavə edib: Ölkənin təhlükəsizliyi uşaq qatili olan sionist rejimlə müqavilə və anlaşmalarla əldə olunmur. Təhlükəsizlik daxildən və qonşu ölkələrin həmkarlıqları ilə yaranır.

Xətib deyib: Sionist rejim fələstinlilərin önundə başıaşağı olduğu bir halda, bu gün regionda vahid müdafiə sistemi yaratmaq istəyir. Bu hərəkətlərin, ölkələrin sərmayələrini talan etməkdən başqa bir nəticəsi olmayacaq.