İran Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddiaları rədd edib
https://azeri.sahartv.ir/news/İran-i397776-İran_britaniyanın_tehrandakı_səfirliyinin_bağlanması_ilə_bağlı_iddiaları_rədd_edib
İranın Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin Londonda yerləşən internet saytının Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddialarını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2023 14:50 Asia/Baku
  • İran Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddiaları rədd edib

İranın Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin Londonda yerləşən internet saytının Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddialarını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyni Mətin bazar ertəsi Twitter hesabında yazıb: “Düşmənlərin Britaniya da daxil olmaqla Qərb ğlkələri ilə İran arasında normal münasibətlərə qarşı gizli planları və ya arzuları".

"JC-nin əsassız iddiaları və saxta xəbərləri qəti şəkildə rədd edilir. İran İslam Respublikası qarşılıqlı hörmət şərti ilə Britaniya ilə konstruktiv və normal münasibətlərin tərəfdarıdır", - deyə o, əlavə edib.

"Jewish Chronicle" daha əvvəl iddia etmişdi ki, İran Britaniyanın Tehrandakı səfirliyini bağlamağa hazırlaşır.