İran tezliklə aşağı Yer Orbitinə operativ peyk buraxacaq
İranın informasiya və kommunikasiya texnologiyaları naziri bildirib ki, ölkə tezliklə operativ peyklər sistemini buraxmaqla öz peyklərini aşağı Yer orbitində sabitləşdirə biləcək.
SəhərAzəri-nin məlumatına əsasən, İsa Zarepur bazar ertəsi günü İran Aerokosmik Assosiasiyasının 21-ci Beynəlxalq Konfransında deyib: "Biz tezliklə LEO (Aşağı Yer Orbiti) orbitində peyk sabitləşdirmə texnologiyasına nail olacağıq".
Yer səthindən nisbətən kiçik məsafədə yerləşən peyklərə aşağı orbitli peyklər və ya LEO deyilir. Bu tip peykin maksimal hündürlüyü yer səthindən 320 ilə 800 km arasındadır.
Əvvəllər "Omid", "Rəsəd" və "Nəvid" peykləri də İran buraxılış qurğuları ilə kosmosa çıxarılıb və uğurla orbitə yerləşdirilib, lakin onların orbital ömrü qısa olub.
Bu təbəqədə sabitləşmə orbital ömrü 3 ildən çox olan operativ peykin buraxılmasını tələb edir.
Rabitə naziri əlavə edib: "Hökumətin kosmik sənayeyə baxışı stratejidir və bu sənaye ölkənin bir çox problemlərini həll edə bilər".
O daha sonra deyib: Ölkənin onillik kosmik yol xəritəsi tamamilə aydındır və bu, tərəqqiyə səbəb olacaqdır.
Zarepur ölkənin kosmos sahəsində əldə etdiyi nailiyyətlərə toxunub və keçən il kosmosa 6 buraxılış olduğunu bildirib.
Zarepur sonda, peyklər tərəfindən toplanan məlumatların bir çox sahədə istifadə oluna biləcəyinə işarə edərək, əlavə edib: "Yaxın gələcəkdə kosmos xidmətlərinin ixracatçısı olacağımıza və LEO-da kiçik və yarı ağır peyklər üçün sabitləşdirmə xidmətləri göstərə biləcəyimizə ümid edirik".