Əmir-Abdullahiyan müzakirələr barədə Quterreşlə razılığa gəlib
İran İslam Respublikasının xarici işlər naziri ilə BMT baş katibi arasında görüş baş tutub. Görüşdə tərəflər İrana qarşı sanksiyaların götürülməsi barədə razılığa gəliblər.
İran İslam Respublikasının xarici işlər naziri Cenevrədə BMT-nin insan hüquqları şurasının əlli ikinci iclasında iştirak edən yüksək vəzifəli rəsmilər və nazirlərlə diplomatik danışıqlar və məşvərətlərin davamında BMT baş katibi Antoni Quterreşlə görüşüb.
Görüşdə İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı əməkdaşlıqlarla bağlı son olaylar ətrafında fikir mübadiləsi aparılıb. Fikir mübadiləsində məqsəd, bütün tərəflərin nüvə anlaşmasına geri dönmələri, İrana qarşı sanksiyaların götürülməsi müzakirələri haqda görülməkdə olan diplomatik tədbir və hərəkətlər, agentlik rəsmilərinin Tehrana səfərləri və texniki fikir ayrılıqlarının aradan qaldırılması olub.
Görüşdə məşvərətlərin davam etdirilməsi və koordinasiya ilə/ işarə olunan mövzular barədə işlənib hazırlanmış addımların təqib edilməsi/ tərəflərin razılığı ilə qarşılanıb.