Hava təlimlərində yerli sistemlərlə düşmən hədəfləri məhv edilib
«Vilayət səmasının müdafiəçiləri-1401» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış birgə hərbi təlimlərdə Ordunun hava hücumundan müdafiə qüvvələrinin «15 xordad» və Sepah-ın hava-kosmos qüvvələrinin «Üç xordad» tipli yerli sistemlərinin atışları ilə hücum etmiş xəyali tərəfin orta yüksəklikli hədəfləri devrilibdir.
«Vilayət səmasının müdafiəçiləri-1401» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış birgə hərbi təlimlər «Ya, Əli ibn Əbi Talib(ə)!» rəmzi ilə İranın mərkəzi, şimal, cənub, şərq, qərb və şimal-qərb hava hücumundan müdafiə bölgələrində başlanıb.
İranlı alimlər və mütəxəssislərin zəhmətlərinin bəhrəsi olan Ordunun hava hücumundan müdafiə qüvvələrinin «15 xordad» və Sepah-ın hava-kosmos qüvvələrinin «Üç xordad» tipli yerli sistemləri bu gün səhər saatlarında xəyali düşmən hədəflərinə qarşı taktiki tədbirlər görüb və uğurla ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsi tərəfindən həvalə olunmuş hədəfləri deviriblər.
«Vilayət səmasının müdafiəçiləri-1401» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış birgə hərbi təlimlərin sözçüsü, 2-ci dərəcəli briqada generalı Abbas Fərəcpur bildirib ki, bu təlimlərdə İranın həssas və həyati mərkəzlərinin müdafiəsi 360 dərəcəlik müdafiə və real bir döyüş formasında məşq edilir.
General Fərəcpur deyib: Hərbi təlimlərdə iştirak edən qüvvələrin hamısı real döyüş səhnəsində də həssas mərkəzlərin hava müdafiəsi layihəsini icra etməli olan işçilərdir. Bu məsələ onların əməliyyat təcrübələrinin yüksəlməsinə böyük köməklik edəcək.
Orta mənzilli hava hücumundan müdafiə sistemi olan «15 xordad» raket sistemi taktiki qırıcı-bombardmançı və kəşfiyyat təyyarələri kimi yüksək hücum qabiliyyətlərinə malik hədəflər spektri ilə təsirli döyüş bacarığına malikdir. Bu sistem eyni vaxta altı hədəfi müəyyən və təqib etmək və onları müxtəlif yerli raketlərlə məhv etməyə qadirdir.
Fəal fazalı sıra antennası ilə təchiz edilmiş «3 xordad» sistemi də eyni vaxtda dörd hədəflə mübarizə və hər hədəf üçün iki raket olmaqla, hədəflərə doğru səkkiz raket atmaq kimi döyüş qabliyyətinə malikdir.