Müzakirə masasını tərk etməyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i397997-müzakirə_masasını_tərk_etməyəcəyik
İran xarici işlər naziri deyib ki, İran İslam Respublikası diplomatiya və müzakirə yolunda inamla addımlayır və öz milli maraqlarını qorumaqla müzakirələrin yekunlaşdırılması üzrə səylərini davam etdirəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 07, 2023 15:33 Asia/Baku
  • Müzakirə masasını tərk etməyəcəyik

İran xarici işlər naziri deyib ki, İran İslam Respublikası diplomatiya və müzakirə yolunda inamla addımlayır və öz milli maraqlarını qorumaqla müzakirələrin yekunlaşdırılması üzrə səylərini davam etdirəcək.

Tehranda keçirilən «Müqavimət diplomatiyası: Mərhum Hüseyn Şeyxülislamın xatirəsi» toplantısında çıxış edən Hüseyn Əmir-Abdullahiyan bildirib ki, İran müzakirə masasını tərk etməyəcək.

O, əlavə edib: Amerikalı və qərbli tərəflərə açıq şəkildə demişik ki, qırmızı xətlərə riayət, milli mənafeyin təmini, eyni zamanda, bütün tərəflərin öz sədaqətlərini göstərəcəkləri bir anlaşmaya çatma, İranın ciddi iş gündəmində durur.

İran xarici işlər naziri daha sonra söyləyib: Biz «Nə Şərq və nə Qərb!» şüarına söykənən siyasi istiqlaliyyət istiqamətimizə sadiqik, amma eyni halda, dünyanın şərqi və qərbi ilə xarici əlaqələrimizi təqib etməkdəyik və əziz və böyük İran xalqı üçün mənafeyi olacaq hər hansı yerdə varıq.