İranın xarici işlər naziri Türkiyəyə səfər edib
https://azeri.sahartv.ir/news/İran-i398011-İranın_xarici_işlər_naziri_türkiyəyə_səfər_edib
Əmir-Abdullahiyan İsrailin Cənubi Qafqazdakı təxribatından danışdı
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2023 12:33 Asia/Baku
  • İranın xarici işlər naziri Türkiyəyə səfər edib

Əmir-Abdullahiyan İsrailin Cənubi Qafqazdakı təxribatından danışdı

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahiyan zəlzələdən zərərçəkənlərin acısını paylaşmaq üçün Ankaraya gedib.

Əmir-Abdullahiyan Türkiyəyə iki günlük səfəri çərçivəsində martın 8-də türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

İran və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional dəhlizlər, gələn həftə Moskvada Rusiya, Türkiyə, Suriya və İranın iştirakı ilə dördtərəfli formatda danışıqların aparılması, İrandan Türkiyəyə qaz tədarükünün artırılması, İran, Azərbaycan və Türkiyə arasında üçtərəfli danışıqların davam etməsi, Qafqazda 3+3 formatı və həmçinin Qafqazda İsrail təhlükəsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra türkiyəli həmkarı ilə birgə mətbuat konfransı zamanı İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan sionistlərin Cənubi Qafqaza ayaq açmalarından yaranan təhlükəyə toxunub. “Qafqazdakı böhranın səbəblərindən biri sionist rejimin burada ayaq açmasıdır. Biz sionist rejimin bölgədə varlığını bölgənin sülh və sabitliyi üçün ciddi təhlükə olaraq qəbul edirik. Biz hər kəsi İsrail sionist rejiminin hərəkətlərinə diqqət yetirməyə çağırırıq”, - deyə iranlı nazir vurğulayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ankara hava limanında iranlı jurnalistlərə müsahibəsində deyib: “Türkiyədə baş verən zəlzələ ilə bağlı Türkiyə hökuməti və millətinin ağrısını paylaşmaq üçün buradayıq. Bu səfərdə biz hər iki zəlzələ zonasına baş çəkəcəyik”.