İran dünya üzrə sement istehsalında 8-ci yerdədir
https://azeri.sahartv.ir/news/İran-i398642-İran_dünya_üzrə_sement_istehsalında_8_ci_yerdədir
İran 2022-ci ildə altmış iki milyon ton sement istehsalı ilə, bu məhsulun dünya üzrə istehsalı sahəsində səkkizinci yerdə durmağı bacarıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 29, 2023 16:27 Asia/Baku
  • İran dünya üzrə sement istehsalında 8-ci yerdədir

İran 2022-ci ildə altmış iki milyon ton sement istehsalı ilə, bu məhsulun dünya üzrə istehsalı sahəsində səkkizinci yerdə durmağı bacarıb.

Dünya səviyyəsində sement istehsalı miqdarı 2021-ci ildəki dörd milyard dörd yüz milyon tondan 2022-ci ildə dörd milyard yüz milyon tona enib. Bu da 6,82 faizlik tənəzzüldən xəbər verir.

Amerika geologiya təşkilatının bildirdiyinə görə, bu müddətdə Çin iki milyard yüz milyon ton sement istehsalı göstəricisi ilə bu məhsulun istehsalı sahəsində dünya səviyyəsində öndə getməkdə davam edir.

2022-ci ildə Hindistan üç yüz yetmiş milyon ton sement istehsalı ilə- ikinci, Vyetnam isə yüz iyirmi milyon ton istehsalla üçüncü yerlərdə durublar.

Ötən il Amerika doxsan beş milyon, Türkiyə isə səksən beş milyon ton sement istehsalı ilə müvafiq olaraq, dördüncü və beşinci yerlərə sahib çıxıblar.

Həmçinin Rusiya öz sement istehsalını 2021-ci ildəki altmış bir milyon tondan 2022-ci ildə altmış iki milyon tona artırmaqla dünya üzrə doqquzuncu yerdən səkkizinci yerə yüksəlib və İranla ortaq şəkildə bu yerdə durmağı bacarıbdır.