Qafqazın coğrafi siyasətində hər hansı dəyişikliyi rədd edirik!
İran xarici işlər naziri vurğulayıb ki, hər hansı izahatla olursa-olsun, Qafqazın coğrafi siyasətində hər hansı dəyişiklik qətiyyətlə rədd olunur!
Qafqaz regionunda geopolitik dəyişikliklər üzrə cəhd, regiondakı vəziyyətin daha da mürəkkəbləşməsi üçün bir amil olacaq- deyə, İran xarici işlər naziri bildirib.
İran xarici işlər naziri Moskvada Rusiya xarici işlər naziri ilə görüşüb, müzakirə apardıqdan sonra onunla birgə mətbuat konfransında iştirak edib.
Hüseyn Əmir-Abdullahiyan bu mətbuat konfransında əlavə edib: Öz danışıqlarımızda Qafqazdakı cari hadisələr barədə xüsusi təmərküzləşmə aparmışıq, zira bu bölgədə gərginliyin davam etməsini Azərbaycan Respublikası ilə Ermənistanın heç birinin xeyrinə bilmirik. Qafqaz regionunda geopolitik dəyişikliklər üzrə cəhdi, bu regiondakı vəziyyətin daha da mürəkkəbləşməsi üçün bir amil hesab edirik. Buna görə, bu qənaətdəyik ki, üç üstəgəl üç mexanizmi, həmçinin digər mövcud mexanizmlər yolu ilə və gücə söykənmə üsullarından uzaq şəkildə bu bölgədəki məsələlər həll olunmalıdır.
İran xarici işlər naziri sözlərinə belə davam edib: Həmkarım və qardaşım cənab Lavrovla bu iclasın gələcəkdə Tehranda keçirilməsi barədə fikir birliyinə malikik. Ümid edirəm ki, bu iclas və səylər, məsələlərin dinc həll yoluna gətirib çıxaracaq.
Biz hər hansı izahatla olursa-olsun, Qafqazın coğrafi siyasətində hər hansı dəyişikliyi rədd edirik! Dialoq və siyasi həll yolu vasitəsilə müxtəlif tərəflərin bu məsələdə qərar tapmaları qənaətindəyik- deyə, İran xarici işlər naziri vurğulayıb.
Əmir-Abdullahiyan habelə bildirib: Ukraynanın Qərb tərəfindən müxtəlif tipli və modern silahlarla silahlandırılmasını vəziyyətin daha da mürəkkəbləşməsi istiqamətində atılan addım hesab edirik.