İran prezidenti Ərriyada səfər dəvətini müsbət cavablandırıb
Apr 03, 2023 15:24 Asia/Baku
Tehranın Ərriyad və Fars Körfəzi ətrafındakı ölkələrlə əlaqələrinə toxunan İranın birinci vitse-prezidenti bildirib ki, İran İslam Respublikası prezidenti Ərəbistan kralının Ərriyada rəsmi səfər üzrə dəvətinə müsbət cavab verib.
Məhəmməd Müxbir Mehr informasiya agentliyi ilə müsahibədə qeyd edibdir ki, Seyid İbrahim Rəisinin əsas strategiyası, region ölklələrilə əlaqələri yüksəltmək olub.
İran və Səudiyyə Ərəbistanı martın onunda Pekində diplomatik əlaqələrin bərpa edilməsi barədə razılığa gəldilər. Bu əsasda qarşıdakı iki ay ərzində iki ölkədə səfirliklər və diplomatik nümayəndəliklər yenidən açılmalıdır.
Teqlər