İsfahanda Müdafiə Nazirliyinə bağlı sənaye kompleksinə yaxınlaşan dron məhv edilib
https://azeri.sahartv.ir/news/İran-i398807-İsfahanda_müdafiə_nazirliyinə_bağlı_sənaye_kompleksinə_yaxınlaşan_dron_məhv_edilib
"Sabereen News" kanalı bildirib ki, İsfahanda Müdafiə Nazirliyinə bağlı sənaye bölməsinə yaxınlaşan şübhəli pilotsuz təyyarə təhlükəsizlik sistemləri tərəfindən vurulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2023 12:20 Asia/Baku
  • İsfahanda Müdafiə Nazirliyinə bağlı sənaye kompleksinə yaxınlaşan dron məhv edilib

"Sabereen News" kanalı bildirib ki, İsfahanda Müdafiə Nazirliyinə bağlı sənaye bölməsinə yaxınlaşan şübhəli pilotsuz təyyarə təhlükəsizlik sistemləri tərəfindən vurulub.

Kanalın məlumatına görə, ötən gecə İsfahandakı Müdafiə Nazirliyinin Əmirəl-Möminin (ə) kompleksi kiçik uçuş aparatının uğursuz hücumunun hədəfində olub. Dron müdafiə sistemləri tərəfindən vurulub.

Məlumata əsasən, bu mikro dron Müdafiə Nazirliyi kompleksinə yaxınlaşarkən müdafiə sistemləri tərəfindən məhv edilib.

Bu hücum uğursuz olduğu üçün kompleksə heç bir ziyan dəyməyib.