Ordu komandirləri İmam Xomeyni (r.ə) ilə əhd-peymanlarını təzələdilər
İran İslam Respublikası Ordusunun komandirləri Milli Ordu Günü ərəfəsində İmam Xomeyni (r.ə) məqbərəsini ziyarət edərək, inqilabın dahi banisi və İslam İnqilabının Aliməqam Rəhbəri ilə əhd-peymanlarını təzələyiblər.
İran təqvimində ilin ilk ayı olan Fərvərdin ayının 29-u (18 aprel) İranda Milli Ordu Günü kimi qeyd olunur. Bu günü İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) Ordu Günü adlandırıb.
İran İslam Respublikası Ordusunun komandirləri İmam Xomeyninin (r.ə) hərəmini ziyarət edərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər və məzarları üzərinə gül dəstələri qoyub, Fatihə oxuyublar və mərhum İmam və İslam İnqilabının amalları ilə öz əhd-peymanlarını təzələyiblər.
İran Ordusunun Quru Qoşunları komandanının müavini briqada generalı Nozər Neməti və İran Ordusu Hərbi Dəniz Qüvvələri komandanının müavini kontr-admiral Həmzə Əli Kaviani mərasimdə iştirak edən komandirlər arasında olub.