Tehran-Ankara münasibətlərində sıçrayış zərurəti
İran diplomatiya aparatının başçısı Türkiyənin yeni xarici işlər naziri ilə saxladığı telefon əlaqəsində Tehran-Ankara münasibətlərinin genişləndirilməsi proqramına təkan verilməsinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sözügedən söhbətdə öncə Türkiyənin yeni xarici işlər naziri təyin olunması münasibətilə Hakan Fidanı təbrik edən Hüseyn Əmir-Abdullahiyan iki ölkənin sıx əməkdaşlıqlarının yeni mərhələdə davam edəcəyi və yüksələcəyinə ümid etdiyini bildirib.
İran xarici işlər naziri həmçinin öz türkiyəli həmkarını Tehrana səfərə dəvət edib.Regional məsələlərdə iki ölkə əməkdaşlığını önəmli adlandıran İran xarici işlər naziri regional mexanizmlərin fəallaşdırılmasına təkid edib.Türkiyənin xarici işlər naziri də öz növbəsində/ iranlı həmkarının təbrikinə görə təşəkkürünü bildirib.İki ölkənin ikitərəfli və regional səmimi əməkdaşlıqları və dialoqlarının davam etdirilməsini mühüm adlandıran Fidan, qarşıdan gələn mərhələdə Tehran-Ankara münasibətlərinin genişləndirilməsinə köməyə hazır olduğunu bildirib.Hakan Fidan ilk fürsətdə Tehrana səfər edəcəyini də qeyd edib.Cənab Ərdoğanın cənab Rəisiyə salamını çatdıran Türkiyə xarici işlər naziri İranın birinci vitse-prezidentinin ölkəsinin prezidentinin andiçmə mərasimində iştirakına görə minnətdarlıq ifadə edib.