İranın xarici işlər nazirinin müavini Bakıya səfər etdi
İyul 03, 2023 05:53 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Qoşulmama Hərəkatının yüksək səviyyəli rəsmilərinin iki günlük toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakıya gedib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi iki günlük keçiriləcək Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün yüksək rütbəli nümayəndə heyətinin müşayəti ilə bazar günü Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edib. Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü bu həftənin çərşənbə və cümə axşamı Bakıda keçiriləcək.
Teqlər