İran səfirliyindən NATO-nun əsassız ittihamlarına cavab
İranın Brüsseldəki səfirliyi bir bəyanatda NATO-nun Litvadakı sammitində İrana qarşı irəli sürülən əsassız ittihamları rədd edib. Bildirib ki, İran xalqının başına bir çox müsibətlər gətirmiş NATO üzvlərindən bir çoxunun İrana qarşı maksimum təzyiq tətbiq etməsi, bəşəriyyətə qarşı cinayət kimi dayandırılmalıdır.
NATO başçılarının bu hərbi alyansın Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitində yaydıqları bəyanatda İran əleyhinə əsassız ittihamlar irəli sürmələrindən sonra İranın Brüsseldəki səfirliyi həmin əsassız ittihamları qətiyyətlə rədd edib.
NATO sammitinin bəyanatında İranın Ukrayna savaşında Rusiyaya hərbi yardımı barədə əsassız iddialar irəli sürülü.
İranın Brüsseldəki səfirliyinin cavab bəyanatında deyilir: İranın Ukrayna böhranına müdaxiləsi barədəki iddialar əsassız və qısa perspektivli maraqların əldə olunması istiqamətindədir. Ukrayna münaqişəsindəki tərəfsizlik rolunu qoruyub saxlayan İran,/ qanuna tabe və təsiredici regional oyunçu kimi, bütün ölkələrin ərazi bütövlüyü, suverenliyi və istiqlaliyyətinə hörmət də daxil olmaqla/ beynəlxalq hüquqla bağlı prinsiplər, habelə BMT nizamnaməsində dərc olunmuş məqsəd və prinsiplərə tam şəkildə sədaqətin əhəmiyyətinə təkid edir.
İranın Brüsseldəki səfirliyi bu bəyanatda belə bir cəhəti xatırladıbdır ki, İran İslam Respublikası beynəlxalq terrorizmin bütün növ və formaları ilə mübarizədə öncül rola malikdir və bu davamlı qarşılaşmada nəzərəçarpacaq xərclər çəkibdir.
Bəyanatda sonra vurğulanır: İran həmçinin/ başlıca olaraq, region kənarından himayə edilən səbatsızlaşdırıcı qüvvələrlə mübarizədə bölgə dövlətlərinə yardımda konstruktiv rol oynayıbdır.
Bəyanatda bildirilir ki: Amerikanın 2018-ci ildə nüvə anlaşmasından çıxması, öhdəliklərin pozulması hallarından qabarıq bir nümunə kimi qeyd edilməlidir.