İranın ərazi bütövlüyü barədə heç bir tərəfə güzəştə getməyəcəyik!
İranın ərazi bütövlüyü barədə heç bir tərəfə güzəştə getməyəcəyik! Bunu, İran İslam Şurası Məclisinin sədri vurğulayıb.
Özü Qərb və NATO-nun geo-siyasi ekspansialarının qurbanı olub, ona qarşı vuruşmaqda olan Rusiya,/ Qərbin Fars Körfəzini səbatsızlaşdırmaq üzrə planına kömək etməməlidir- deyə, Məhəmməd-Baqir Qalibaf bildirib.
İran İslam Şurası Məclisinin sədri bu gün bu məclisin plenar iclasında söyləyib: İran İslam Şurası Məclisi/ Fars Körfəzi ətrafı ölkələrin Rusiya ilə İranın üçlü adaları barədəki birgə bəyanatını qətiyyətlə rədd edir! Rusiya da daxil olmaqla İranın qonşularına elan edirik ki: Regionun sabitliyi və iqtisadi inkişafının qorunub saxlanılması, yalnız dinc qonşuluq prinsiplərinə riayət, o sıradan ölkəmizin ərazi bütövlüyünə hörmət əsasında müyəssər ola bilər.
İran İslam Şurası Məclisinin sədri sözlərinə belə davam edib: İranın ərazi bütövlüyü bu diyarın ən pak və ən şücaətli gənclərindən yüz minlərlə nəfərin qanı ilə mühafizə edilib və biz bu barədə heç bir tərəfə güzəştə getməyəcəyik! Bundan başqa, özü Qərb və NATO-nun geo-siyasi ekspansialarının qurbanı olub, ona qarşı vuruşmaqda olan Rusiya,/ Qərbin Fars Körfəzini səbatsızlaşdırmaq üzrə planına kömək etməməlidir- özü də elə bir halda ki, İran Fars Körfəzində sabitliyə zəmanət verən və Qərbin bu həssas bölgədəki təhlükəli planlarını zərərsizləşdirən yeganə tərəfdir.
İranın qanunvericilik hakimiyyətinin sədri sonra bildirib ki: İran İslam Respublikasının xarici siyasətdəki fəaliyyətinin əsası,/ hikmət, məsləhət və izzət kimi üç prinsipə riayətlə və milli mənafeyə uyğun olaraq, bütün qanuni dövlətlərlə anlaşmadır. Bu əsasda, bu gün İran və Rusiya, regionun iki mühüm ölkəsi kimi, ortaq maraqlar əsasında müxtəlif sahələrdə əməkdaşlıqları işləyib hazırlamaq və irəlilətməkdədirlər, lakin bizim rus qonşumuz bilməlidir ki, əməkdaşlıq yolu, İran xalqının qırmızı xətlərinə, o sıradan İranın ərazi bütövlüyü və Kiçik Tonb. Böyük Tonb və Əbu-Musa adaları kimi üçlü adalara hakimiyyətinin davam etməsinə hörmət keçidindən keçir.