İranın strategiyası, təhlükəsizlik sərhədlərinin təhlükəsiz və iqtisadi sərhədlərə çevrilməsidir
İran İslam Respublikasının strategiyası, təhlükəsizlik sərhədlərinin təhlükəsiz və iqtisadi sərhədlərə çevrilməsidir və sərhəd bazarlarının genişləndirilməsi və enerji sektorunda əməkdaşlıqlar, bu strategiyanın reallaşması yollarındandır.
Bunları İran prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda Pakistan ordusunun komandanı general Seyid Asim Monirlə görüşdə söyləyib.
İran prezidenti təhlükəsizlik sərhədlərinin təhlükəsiz və iqtisadi sərhədlərə çevrilməsinin sürətləndirilməsi üçün hər iki ölkənin daha çox fəaliyyət göstərməsi, həmçinin sərhəd bazarlarının genişləndirilməsinə və enerji sektorunda əməkdaşlıqlara təkid edib.
Qonşu, eyni istiqamətli və müsəlman ölkələrlə əlaqələrin gücləndirilməsi, İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir- deyən Rəisi, iki ölkənin/ əlaqələrin genişləndirilməsi üzrə əzmkarlığına işarə və əlavə edib: İkitərəfli razılaşmaların icrasının sürətləndirilməsi, İran və Pakistanın iqtisadi və ticari həmkarlıqlarının daha da genişləndirilməsi, iki qonşunun siyasi əlaqələr səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
Pakistan ordusunun komandanı general Seyid Asim Monir də İran İslam Respublikasının Pakistan xüsusiyyət təşkil etməklə qonşularla əlaqələrin gücləndirilməsinə dair siyasətini yüksək qiymətləndirib və onu, İslam Dünyası üçün olduqca dəyərli bir fürsət adlandırıb.