İran Əyn-əl-Hilvə fələstinli düşərgəsindəki toqquşmalardan nigarançılıq ifadə edib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir daha onlarla fələstinlinin didərgin düşməsi, yaralanması və ölümü ilə nəticələnən Livanın cənubunda yerləşən Əyn-əl-Hilvə fələstinli düşərgəsində silahlı toqquşmaların baş verməsi və davam etməsindən nigarançılıq ifadə edib.
Sözügedən düşərgədə toqquşmaların tam şəkildə dayandırılması və bütün tərəflərin atəşkəs və asayişə sadiq qalmaları zərurətinə təkid edən Nasir Kənani deyibdir ki: Fələstin səhnəsi hər zamandakından daha çox fələstinlilərin birliyi və onların sıralarının sıxlığına ehtiyac duyur.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: Fələstinin xalqı, cərəyanları və qruplarının/ öz sayıqlıqlarını qorumaqla/ bütün bacarıq və imkanlarını/ regiondakı səbatsızlıq və çaxnaşmaların, həmçinin Fələstin xalqının bütün problemlərinin mənşəyi olan işğalçı sionist düşmənlə mübarizəyə yönəltmələri zəruridir.
Kənani həmçinin Fələstinin bütün tarixi ərazisində/ Qüdsi-Şərif paytaxt olmaqla müstəqil və vahid Fələstin hökumətinin yaradılması, fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri və işğalçılığın tam şəkildə məhvinə zəminin yaradılmasını/ zəruri adlandırıb.
Ən böyük fələstinli didərginlər düşərgəsi olan Əyn-əl-Hilvə düşərgəsi, Livanın cənubundakı Sayda sahil şəhərində yerləşir.
Toqquşmalar dünən axşam, Fəth hərəkatının üzvləri ilə bir qrup islamçı arasında baş verib.