İran prezidenti yeniyetmə yunan-roma güləşçilərimizi təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i402310-İran_prezidenti_yeniyetmə_yunan_roma_güləşçilərimizi_təbrik_edib
İran prezidenti Türkiyədə keçirilən dünya çempionatının birinciliyini qazanması münasibətilə ölkəmizin yeniyetmələrdən ibarət yunan-roma güləşi komandasını təbrik edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 03, 2023 12:58 Asia/Baku
  • İran prezidenti yeniyetmə yunan-roma güləşçilərimizi təbrik edib

İran prezidenti Türkiyədə keçirilən dünya çempionatının birinciliyini qazanması münasibətilə ölkəmizin yeniyetmələrdən ibarət yunan-roma güləşi komandasını təbrik edib.

Ölkə prezidenti bu münasibətlə verdiyi müraciətdə qeyrətli güləşçilərə, məşqçilərə və bu komandanın bütün məsul şəxslərinə təşəkkür edib və onların hamısına böyük uğurlar diləyib.

Rəisinin müraciətində deyilir: Şübhəsiz, ölkəmizin yeniyetmələri və gənclərinin müxtəlif beynəlxalq yarışlardakı ardıcıl uğurları bu ölkənin övladlarının istedad və bacarıqlarından xəbər verir. Himayələrin artırılması ilə onların digər idman sahələrindəki qələbələrinin şahidi olmağımız, yerinə düşərdi.

Mən bütün qeyrətli güləşçilərə, məşqçilərə və komandanın bütün məsul şəxslərinə səmimi-qəlbdən təşəkkür edir, onların hamısına böyük uğurlar arzu edirəm.