Əmir Abdullahian Pretoriyaya rəsmi səfərə getdi
https://azeri.sahartv.ir/news/İran-i402476-Əmir_abdullahian_pretoriyaya_rəsmi_səfərə_getdi
İran Xarici işlər naziri İran və Cənubi Afrika Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında iştirak etmək və Cənubi Afrikanın yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Pretoriyaya gedib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2023 14:58 Asia/Baku
  • Əmir Abdullahian Pretoriyaya rəsmi səfərə getdi

İran Xarici işlər naziri İran və Cənubi Afrika Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında iştirak etmək və Cənubi Afrikanın yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Pretoriyaya gedib.

Bu görüş iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın sayca 15-ci iclasıdır. Əmir Abdullahianın bu görüşdə İran və Cənubi Afrika Respublikası arasında işgüzar əlaqələrin və əməkdaşlığın artırılmasına dair müzakirələr aparması səfərin gündəlikləri sırasında yer alıb.Qeyd edək ki, bu görüş cümə axşamı, avqustun 10-da keçiriləcək.