Rusiya səfirliyi Şirazda törədilmiş terror aktini pisləyib
https://azeri.sahartv.ir/news/İran-i402617-rusiya_səfirliyi_Şirazda_törədilmiş_terror_aktini_pisləyib
Rusiyanın Tehrandakı səfirliyi Şirazda törədilmiş terror hücumunu pisləyib və bu hadisə qurbanlarının ailələrinin kədərlərilə bölüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2023 11:06 Asia/Baku
  • Rusiya səfirliyi Şirazda törədilmiş terror aktini pisləyib

Rusiyanın Tehrandakı səfirliyi Şirazda törədilmiş terror hücumunu pisləyib və bu hadisə qurbanlarının ailələrinin kədərlərilə bölüşüb.

Səfirlik terrorizmlə mübarizədə Moskvanın Tehranla əməkdaşlığını artırmağa hazır olduğunu vurğulayıb.

Rusiya səfirliyi bu gün yaydığı bəyanatda həmçinin Şirazda törədilmiş terror hücumunda bir qrup iranlının şəhid olması və yaralanması münasibətilə İranın dövləti və xalqına başsağlığı verib.

Sözügedən bəyanatda qeyd olunur ki: Rusiya səfirliyi Şirazda törədilmiş terror aktının amillərinin cəzalandırılacaqlarına ümid edir.

Dünən qürub çağında bir silahlı terrorçu təxminən üç yüz gülləyə malik hərbi silahla İranın Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahının qarşısında atəş açmağa başlayıb. Bu cinayətkarcasına hücumda bir nəfər şəhid olub, səkkiz nəfər isə yaralanıbdır.