Ərəbistan səfiri etimadnaməsinin bir üzünü Əmir-Abdullahiyana təqdim edib
https://azeri.sahartv.ir/news/İran-i403421-Ərəbistan_səfiri_etimadnaməsinin_bir_üzünü_Əmir_abdullahiyana_təqdim_edib
Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud Əl-Ənzi bu gün İran xarici işlər naziri- Hüseyn Əmir-Abdullahiyanla görüşüb və öz etimadnaməsinin bir üzünü ona təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2023 16:11 Asia/Baku
  • Ərəbistan səfiri etimadnaməsinin bir üzünü Əmir-Abdullahiyana təqdim edib

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud Əl-Ənzi bu gün İran xarici işlər naziri- Hüseyn Əmir-Abdullahiyanla görüşüb və öz etimadnaməsinin bir üzünü ona təqdim edib.

Ərəbistan səfirinin İran xarici işlər naziri ilə keçirdiyi görüşdə bəzi ikitərəfli və regional məsələlər barədə də söhbət edilib.

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri- Abdullah bin Səud Əl-Ənzi öz tapşırıq məkanında yerləşmək üçün keçən həftə Tehrana daxil olub. Elə həmin gün, İran İslam Respublikasının Ərəbistandakı səfiri- Əlirza İnayəti də Ərriyada gedib,/ öz tapşırığını yerinə yetirməyə başlayıbdır.

Bu əsasda, İran və Ərəbistanın diplomatik korpus səviyyəsi səfir səviyyəsinə yüksəlibdir.