Tehranda eyni vaxtda baş verəcək 30 partlayışın qarşısı alındl
https://azeri.sahartv.ir/news/İran-i403860-tehranda_eyni_vaxtda_baş_verəcək_30_partlayışın_qarşısı_alındl
İran Kəşfiyyat Nazirliyinin verdiyi məlumata görə (Ettelaat) son günlər Tehran, Əlborz və Qərbi Azərbaycan vilayətlərində bir sıra eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı bir neçə terror bazası və sığınacaqlara basqın edilərək terrorçu şəbəkənin 28 üzvü həbs edildiyi bildirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 24, 2023 14:22 Asia/Baku
  • Tehranda eyni vaxtda baş verəcək 30 partlayışın qarşısı alındl

İran Kəşfiyyat Nazirliyinin verdiyi məlumata görə (Ettelaat) son günlər Tehran, Əlborz və Qərbi Azərbaycan vilayətlərində bir sıra eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı bir neçə terror bazası və sığınacaqlara basqın edilərək terrorçu şəbəkənin 28 üzvü həbs edildiyi bildirilib.

Sözü gedən terror şəbəkəsi İŞİD-in peşəkar cinayət qruplaşmasına bağlı olduğu və bəzilərinin Suriyada təkfirçilərlə birlikdə və Əfqanıstan, Pakistan, İraqın Kürdüstan bölgəsində fəaliyyət göstərdiyi haqda məlumatların olduğu deyilir.