SEPAH "Nur-3" peykini uğurla orbitə çıxarıb
https://azeri.sahartv.ir/news/İran-i403945-sepah_nur_3_peykini_uğurla_orbitə_çıxarıb
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələri “Nur-3” peykini uğurla orbitə çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2023 12:27 Asia/Baku
  • SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələri “Nur-3” peykini uğurla orbitə çıxarıb.

Bu barədə İranın İnformasiya və Rabitə Texnologiyaları naziri İsa Zarepur "Virasty" sosial şəbəkəsində bildirib. 

İranın İnformasiya və Rabitə Texnologiyaları naziri  yazıb: "İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin mütəxəssisləri  çərşənbə günü səhər yerli istehsal olan Qased peykdaşıyıcısı ilə "Nur-3" təsvir peykini orbitə çıxarıb və Yerdən 450 km yüksəklikdəki orbitə yerləşdirib. 

Zarepur əlavə edib: "Bu il ölkənin kosmik sənayesi üçün məhsuldar il olacaq".