General Tehranimüqəddəmin Müqəddəs Müdafiə ilə bağlı söhbətləri
General Tehranimüqəddəmin bu gün Səlam Həyat verilişinin qonağı olub və Müqəddəs Müdafiə və onun İrana gətirdiyi nailiyyətlərlə bağlı aparıcıların suallarını cavazblandırıb.
General Tehranimüqəddəm İranın əliboş və ən az imkanlarla başlandığını bildirərək, vurğulayıb ki, İran-İraq müharibəsində Səddam bütün Qərb və Şərq ölkələrinin himayəsinə və bütün hərbi imkanlara malik olmasına baxmayaraq, öz məqsədlərinə çata bilmədi və nakam qaldı.
O, müharibənin birinci və ikinci mərhələlərinə və Abadanın mühasirəsinin aradan qaldırılmasına toxunub və bununla bağlı deyib: "Biz müharibəyə girdik və Səddam ordusu ilə döyüşdük və hava qüvvələrini əldə edə bildik. Biz düşmənin qarşısında möhkəm dayandıq və düşmənə İran torpağının hətta bir qarışını belə işğal etməyə imkan vermədik. Bu bizim 8 illik müharibədə ən böyük nailiyyətimiz oldu.
General Tehranimüqəddəm, 8 illik müdafiə dövründə və ondan sonrakı dövürlərdə nailiyyətləri ilə bağlı deyib: "Biz sanksiyaların ən qızğın çağında və əli boş ölkəmizi elə bir yerə çatdırdıq ki, hazırda dünyanın dördüncü ən böyük raket güclərindən biriyik və biz dünyada uzun mənzilli və yüksək dəqiqliklə hədəfləri məhv edən raketlər hazırlaya bilən az sayda ölkələrdən biriyik və hazırda dünyanın bir çox ölkəsi bizdən PUA və raket almaq istəyir.
General Tehranimüqəddəm Hacı Qasim raketi ilə bağlı deyib: Bu məhz İsrail rejimini vurmaq üçün hazırlanmış ballistik raketidir və onun ilk hədəfi işğal olunmuş ərazilərdir.
General Tehranimüqəddəm İŞİD-lə mübarizə haqqında deyib: Bizim hərbi doktrinamız bundan ibarətdir ki, ən əsas müdafiə hücumdur. Əslində İŞİD-in əsas məqsədi İran idi. İŞİD-i yaradanlar İranı hədəfə almışdılar və biz 8 illik müqəddəs müdafiə öyrəndik ki, müharibə cəbhələrini sərhədlərimizdən uzaqda qurmalıyıq və buna görə də İraqda və Suriyada İŞİD-lə mübarizə apardıq və onun sərhədlərimizə yaxınlaşmasına icazə vermədik.
General Tehranimüqəddəm israil rejiminin İranın şimal qonşularında nüfuzunu genişləndirməsi ilə bağlı suala isə belə cavab verib: "İranın raketləri görünməmiş oxlardır və bizim bu raketlərimiz dünyanın istənilən yerində və hətta ABŞ-ın ayağının altında mövcuddur və hazır vəziyyətdədir. bu raketlər bizə qüdrət və təhlükəsizlik gətirir və ən yaxşı çəkindirici gücdür. ABŞ və İsrail ki, bizi hədələyirdilər, hazırda geri çəkiliblər və sionist rejimin müharibə naziri bu yaxınlarda etiraf etdi ki, bizim İranla qarşılaşmaq gücümüz yoxdur. Çünki bilirlər ki, birini vursalar onunu yeyəcəklər.
O, bir misal çəkib və deyib: Tramp Səudiyyə Ərəbistanına gəldikdə onlara dedi ki, mən sizə dəmir günbəz yaradacağam ki, sizi İranın raketləri qarşısında qoruyacaq və 200 milyard dollarlıq bir müqavilə imzaladı. Ondan bir müddət sonra Qəzzə müharibəsində müqavimmət qüvvələri həmin bizim raketlərlə İsrailin çox möhkəm olduğu iddia edilən dəmir günbəzini yararsız vəziyyətə saldılar və Təl-Əvivin mərkəzini hədəfə aldılar və səudiyyəlilər gördülər ki, dəmir günbəz əslində deşikdi və İrana yaxınlaşmaq qərarına gəldilər. İndi biz qonşularımıza tövsiyə edirik, ki Əərəbistanın təcrübəsindən dərs çıxarsınlar və ABŞ və sionist rejimə güvənmək əvəzinə bizə güvənsinlər. Onların sadəcə görünüşü var və əslində bizim qarşımızda gücsüzdürlər. Amma biz güclü və mehriban qonşuyuq və sizi müdafiə etməyə və dəstəkləməyə hazırıq. Lakin əgər hansısa bir səhv addım atarsanız bizi qarşınızda görəcəksiniz.