Prezident Rəisi: " “Nur-3” peyki düşmənin sanksiya palnlarını bir daha alt-üst etdi"
İran İslam Respublikası prezidenti İranın “Nur-3” peykinin inşası və müvəffəqiyyətlə yerin 450 km orbitinə göndərilməsi düşmənin sanksiya palnının bir daha iflasa uğradığını vurğulayıb.
Məlum olduğu kimi, son 40 ildə İran kosmik texnologiyaya sahiblənmək üçün davamlı və mütərəqqi addımlar atıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin mütəxəssislərinin birgə səyləri ilə dünən çərşənbə günü İranın "Qased" daşıyıcı peyki ilə birlikdə "Nur-3" təsvir peyki yerin 450 km orbitinə uğurla göndərilib.
Bununla əlaqədar İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü axşam İranın “Noor 3” peykinin müvəffəqiyyətlə inşası və orbitə göndərilməsi münasibəti ilə təbrik edib. Cənab prezident bu milli uğuru xalqa xidmət edən hökumətin nailiyyəti adlandıraraq, ölkənin kosmik sənaye inkişafını düşmənin sanksiyalar və təhdidlərinin təsirsizliyinin bir daha sübut etdiyini bildirib. Prezident Rəisi İran Rabitə və İnformasiya Texnologiyaları və İran Kosmik Təşkilatının bundan sonra da durmadan daha da inkişaf etdiriləcəyini ümid etdiyini bildirmişdir.
Həmçinin bu təbrikə qoşulan İran Xarici İşlər Nazirinin başçısı Əmir Abdullahian "Nur 3" peykinin uğurla orbitə buraxılması münasibətilə öz kosmos, müdafiə, elm və qüdrəti ilə dünyaya səs salan İranın əzəmətli xalqının bütün zəhmətkeş və çalışqan mütəxəssilərini təbrik etdiyini söyləmişdir.