Qalibafın Əbu-Dəbidəki məşvərətləri davam edir
https://azeri.sahartv.ir/news/İran-i404224-qalibafın_Əbu_dəbidəki_məşvərətləri_davam_edir
İran İslam Şurası Məclisinin sədri ikitərəfli əlaqələri genişləndirmək istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin başçısı ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2023 15:37 Asia/Baku
  • Qalibafın Əbu-Dəbidəki məşvərətləri davam edir

İran İslam Şurası Məclisinin sədri ikitərəfli əlaqələri genişləndirmək istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin başçısı ilə görüşüb.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibaf İran İslam Respublikasının xarici siyasət sahəsindəki birinci prioriteti olan qonşularla əlaqəyə işarə ilə bildirib: Bu arada Fars Körfəzi hövzəsi ölkələri xüsusiyyət təşkil etməklə qonşu ölkələr arasında stabil təhlükəsizliyin yaradılması, həmçinin siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi son dərəcə önəmlidir.

Qalibaf əlavə edib: Biz bütün sahələrdə gələcək üçün möhkəm addımlar atmaq və iki ölkə iqtisadiyyatını bütün cəhətlərdə inkişaf etdirmək . niyyətindəyik. Bu arada saysız-hesabsız və böyük fürsətlər mövcuddur.

İran İslam Şurası Məclisinin sədri sonra belə qeyd edib: Xüsusən iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsi mühümdür və bu məsələ regionun, Avrasiyanın və İki ölkənin yenicə üzvü olduğu BRİKS təşkilatının şəraitinə əsasən, daha çox əhəmiyyətə malikdir.

Qalibaf vurğulayıb: İran və əmirliklərin coğrafi  mövqelərinə görə, dünyanın böyük iqtisadi qütbünə çevrilə bilərik və iki ölkə arasındakı bu fürsət BRİKS-də üzvlük və ikitərəfli əlaqələr vasitəsilə reallaşa bilər.

Birləşmiş Ərəb Əmirliklərinin başçısı Məhəmməd bin Zaid Ali-Nəhyan da iki ölkə arasındakı əlaqələrin qədim tarixinə işarə edib və belə deyib: Bəzən beynəlxalq şərait ölkələrin uzaqlaşmalarına səbəb olur ki, bu sahədə daha çox yaxınlıq yaratmaq üçün bir həll yolu tapmalıyıq. Bu arada İranın yeni səfirinin Əbu-Dəbiyə göndərilməsi, münasibətlərin genişləndirilməsinə daha çox stimul verir.

İran İslam Şurası Məclisinin sədri görüşün sonunda İran İslam Respublikasının dərman  sənayesi sahəsindəki iki startap məhsulunu Məhəmməd bin Zaid Ali-Nəhyana hədiyyə edib. Hədiyyə əmirliklərin başçısının rəğbəti və minnətdarlığı ilə qarşılanıb.