“İsraili sərt və dağıdıcı bir intiqam gözləyir!”
https://azeri.sahartv.ir/news/İran-i404745-İsraili_sərt_və_dağıdıcı_bir_intiqam_gözləyir!
İran İslam Respublikasının təhlükəsizlik naziri bəyan edib ki, sionist rejim və onun arxasında dayananları ilahi intiqam və xalq tərəfindən yerinə yetiriləcək sərt, dağıdıcı, məhvedici intiqam gözləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2023 08:35 Asia/Baku
  • “İsraili sərt və dağıdıcı bir intiqam gözləyir!”

İran İslam Respublikasının təhlükəsizlik naziri bəyan edib ki, sionist rejim və onun arxasında dayananları ilahi intiqam və xalq tərəfindən yerinə yetiriləcək sərt, dağıdıcı, məhvedici intiqam gözləyir.

Seyid İsmayıl Xətib Loristan Əyalətində çıxışı zamanı sionist rejimin insan haqlarının müdafiəçisi olduğunu iddia edən bütün Qərb ölkələrinin gözü önündə həyata keçirdiyi qətliam və soyqırımı pisləyib və deyib: “Şübhəsiz bu fəlakət tarixdə bəşəriyyətə qarşı bir xəyanət kimi qalacaq. Cinayətkarların bu əməlinin nəticəsi ondan ibarətdir ki, artıq Sionist rejimlə normallaşma prosesi bir daha bərpa olunmayacaq zədə alıb”.

Onun sözlərinə görə, hökumətlər indiyədək xalqın etirazına rəğmən qondarma sionist rejimlə normallaşmaq yolunu tutmuşdu. Onlar bu yolla Amerikanın təhlükəsizlik təminatını qazanmağa çalışsalar da, bilməlidirlər ki, bu tənlik ciddi şəkildə dəyişib və praktiki olaraq artıq onun nəticəsi və bəhrəsi olmayacaq.